Gündəlik həyatda praktiki və sürətli yemək həlləri axtaran bir çox insan hazır şorbaları mətbəxlərinin xilaskarı olaraq qəbul edir. Lakin bu rahat və dadlı yeməklərin tərkibindəki gizli təhlükələr, sağlamlığımıza ciddi zərər verə bilər.
Milli.Az xəbər verir ki, hazır şorbaların xüsusilə tərkibindəki yüksək duz miqdarı, konservantlar, və aşağı qida dəyəri uzun müddət ərzində bədənimizdə geri dönməz problemlər yarada bilər.
Hazır şorbaların ən böyük mənfi cəhətlərindən biri yüksək natrium (duz) miqdarıdır. Dadı artırmaq və ömrünü uzatmaq üçün əlavə olunan duz, bədənin normal funksiyalarını poza bilər. Həddindən artıq duz istehlakı, hipertoniya, ürək-damar xəstəlikləri və böyrək funksiyalarının pozulmasına səbəb ola bilər.