"Paytaxt yollarında müxtəlif vaxtlarda bəzi sürücü və piyadaların qaydalara əməl etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir. Təbii ki, aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər".
Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücü və piyadalara müraciətində qeyd olunub.
Bildirilib ki, digər bir məqam sürücülərlə bağlıdır: