"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək həbs müddətinin uzadılmaması və axtarış zamanı götürülmüş şəxsi əşyaların qaytarılmasını xahiş ediblər.
Məhkəmə həbs müddəti ilə bağlı vəsatəti təmin etməyib. Lakin, axtarış tədbirləri zamanı götürülmüş sübutların içində şəxsi əşya varsa, onun qaytarılacağını bildirib.
Məhkəmənin baxış iclası mayın 12-nə təyin edilib.