Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

İcra başçısı reyd keçirdi - FOTO

1 596
Paylaş:
İcra başçısı reyd keçirdi -        FOTO

Füzuli rayonunda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən reyd keçirilib.

Pravda.az xəbər verir ki, əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində aparılan reydlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxsləri iştirak ediblər.

Horadiz şəhərində fəaliyyət göstərən bir neçə ticarət obyektlərində, ictimai-iaşə obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah edilib.

Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitary-gigiyenik qaydalara əməl edilməsinin əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.

Paylaş:

Ən son xəbərlər