Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu və soyuq silah saxlamaq ittihamı ilə həbs edilib. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb. Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, 49 yaşlı Elnur Həsənov hotellərdən birinə bərbərə gedən zaman saxlanılıb. Onun avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança aşkar edilib.
Maşının yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşya tapılıb. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib, xeyli sayda silah-sursat aşkar edilib.
Evə baxış zamanı doqquz ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, dörd ədəd ov silahı və beşbarmaq aşkar edilib.
Elnur Həsənov ov həvəskarı olub. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zamanı tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyən edilib.
Qeyd edək ki, Həsənov həbs edildiyi gündən sonra uzun müddət işə getmədiyi üçün azad olunub.