2023-cü ilin sonlarında Azərbaycanda o qədər də populyar olmayan və rəsmi dövlət qeydiyyatından keçməyən "AbzasMedia" adlı qurumun rəhbəri və bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılanda, bu hadisə ABŞ və Avropadan ölkəmiz əleyhinə aparılan təbliğat kampaniyasının əsas istiqamətlərindən birinə çevrilmişdi.
Bunların əsas qaynağı USAİD, Soros fondu və demokratiya adı altında Qərbin bir sıra ölkələrə təzyiq üçün yaratdığı digər strukturlar idi. Son zamanlar ABŞ Prezidenti Donald Trampın bu tip strukturların fəaliyyətini məhdudlaşdırması prosesin necə getdiyini və bir sıra ölkələrə necə təsir etdiyini nümayiş etdirdi.
Buna misal kimi Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin prankerlərlə danışığını göstərmək olar. Belə ki, Harri Kasparovla danışdığını düşünən Zurabişvili bildirib ki, ABŞ-nin maliyyəni dayandırmasından sonra ölkədə müxalifət çətin vəziyyətə düşüb. O qeyd edib ki, etiraz hərəkatının davam etdirilməsi üçün KİV-ə, xüsusən də regional mətbuata maliyyə lazımdır.
Azərbaycanda belə proseslərin pərdəarxası barədə "Baku TV"nin araşdırmasında danışılır.
Xatırlayırsınızsa, 2023-cü ilin sentyabrında Qarabağda uğurlu antiterror əməliyyatları keçirən Azərbaycan dövlətinə qarşı Avropa Şurasında, Avropa Parlamentində və ABŞ Konqresində, eyni mərkəzdən komanda alıblarmış kimi, böyük bir şəbəkənin başladığı təbliğat kampaniyasında əsas vurğu məhz Azərbaycan hakimiyyətinin korrupsioner va anti-demokratik imicinin yaradılmasına yönəldilərək, israrla sanksiyaların tətbiqinə, eləcə də Qarabağdakı separatçı erməni azlığın və Ermənistandakı Paşinyan hökumətinin açıq şəkildə dəstəklənməsinə çağırışlar edilir, ölkəmiz əleyhinə qətnamələr çıxarılır va beynəlxalq ictimai rəy formalaşdırılırdı.
2023-cü ilin noyabrında "AbzasMedia" işi üzrə həyata keçirilən həbsləri də məhz bu mərkəzlər təbliğat müstəvisində Ermənistan-Azərbaycan savaşının bir şaxəsinə çevirməklə, "Azərbaycan hakimiyyətinin öz tənqidçilərini növbəti susdurma əməliyyatı" kimi xarakteriza edir, ciddi-cəhdlə məsələni siyasiləşdirməyə və saxlanılanların müdafiəsini təşkil etməyə çalışırdılar.
Ancaq bütün bu təzyiqlərə baxmayaraq, hüquq-mühafizə orqanlarımızın "AbzasMedia" üzərindən başladığı, artıq yekunlaşan və məhkəmə baxışına təqdim olunan istintaqı təkcə ölkəmiz əleyhinə apanlan həmin tabliğatın və müdafiə çağırışlarıının gerçək məqsədlərinə aydlıq gətirməklə yetmir, həm də ABŞ və Avropada yerləşmiş , xüsusi xidmət orqanlarına bağlılığı şübhə doğurmayan müəyyən donor təşkilatların Azərbaycanda media, jurnalist, QHT çətiri altında illər uzunu formalaşdırdığı böyük bir şəbəkənin iş üsullarına, ictimai rəyi formalaşdırma va yönləndirmə mexanizmlərinə, qeyri-qanuni maliyyələşmə və rabitə kanallarına, taşkilatlanma formalarına va ictimai-siyasi hədəflərinə də tam işıq salır.
"AbzasMedia", eləcə də bu prosesin davamı olaraq aparılan və bir-birilə sıx bağlı "Toplum TV" işi, çox güman ki, gələcək tarix dərsliklərinə həm də Qərb xüsusi xidmət orqanlarının ölkəmizin ictimai-siyasi, o cümlədən media sektorunda təcrübəsiz gəncləri necə aldadıb ələ aldıqlarının, aldadılmış bu gənclərdən öz ölkəsinin əleyhinə çalışan hansı şəbəkələr formalaşdırmasının və bu proseslərdə də Azərbaycanın sərhəd qonşusu Gürcüstanın ərazisindən platsdarm - əsas dayaq məntəqəsi, qərargah kimi necə istifadə edildiyinin ifşa əməliyyatları kimi düşəcək.
Tanınmayan bir sayta 545 minilik qrant niyə verilib və bu, hökümətdən niyə gizlədilib?
Yəqin, çoxlarımıza maraqlıdır ki, ictimai rəydə jurnalist kimi tanınmayan və hər hansı xüsusi yaradıcı zəkasıyla seçilməyən 2-3 nəfərin "media qurumu" kimi idarə etdiyi bir sayta müharibə, şəraitinin olduğu, Qərb institutları ilə münasibətlərin kəskinləşdiyi bir dövrdə - 2020-2023-cü illərdə 545 min 278,46 manat niyə, hansı məqsədlə ayrılıb va bu pullar niyə dövlətdən gizlədilib, üstəlik, onun 459 min 294,57 manatı ölkəyə xüsusi risk altında, jurnalistlərin hayatlarını təhlükəyə atmaqla - açıq-aşkar cinayət törətməklə, dövlət sərhədindən qaçaq yollarla gətirilib?!
Əlbəttə, bizim diqqətimizi çəkən bu detal hüquq-mühafizə orqanlarının da diqqətini anındaca çəkib və cinayətin əsas təşkilatçıları olmaqda şübhəli bilinən şəxslərin ilkin dindirilmə zamanı əvvəlcə, yalan danışmalarına, daha sonra isə ifşa olunmaq qorxusuyla ifadə verməkdən imtina etmələrinə baxmayaraq, konkret faktlarla, təkzibedilməz dəlil-sübutlarla həm bu pulların mənbəyini, məqsədini, həm də hansı ölkələrdə nağdlaşdırılaraq ölkəyə necə gətirildiyini və hara xərcləndiyini, eləcə də media va QHT sektorunda illər uzunu formalaşdırılmış böyük bir şəbəkəni tam şəkildə çözüb, dəqiqləşdirib və ittiham aktına daxil ediblər.
Elan olunmuş ittiham aktından bəlli olur ki, özünü "AbzasMedia" adlı qurumun rəhbəri kimi təqdim edən Ülvi Həsənov, bas redaktoru Sevinc Vaqifqizi (Abbasova), tərcüməçi və köməkçi Məhəmməd Kekalov, video reportyorlar Nərgiz Absalamova və Elnarə Oasımova, araşdırmaçı jurnalist Hafiz Babal, iqtisadi məsələlər i üzrə ekspert Fərid Mehralizadə və digərləri "AbzasMedia" adından təkcə 2020-2023-cü illər ərzində 15 layihənin həyata keçirilməsi adi altında ölkənin milli qanunvericiliyinə zidd şəkildə xarici donorlardan toplam məbləği 545 min 278,46 manat olan xüsusilə külli miqdarda maliyyə vəsaiti əldə edərək, qanunsuz sahibkarlıq fəaliyyəti məşğul olub, bu məbləğin 459 min 294,57 manatını xaricdə nağdlaşdıraraq, qaçaqmalçılıq yolu ilə, gömrük yoxlamasından gizlətməklə ölkəyə gətirib, 82 min 467,58 məbləği isə məhz Azərbaycandakı bankların bankomatlarından çıxararaq, aralarında bölüşdürüblər.
Üstəlik, həmin vəsaiti mənimsəmək üçün donor təşkilatlara saxta sənədlər, hesabatlar da hazırlayıb təqdim edərək, 64 min 022,10 manat məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar...
Əlbəttə, bu məsələnin yalnız görünən tərəfidir - adları çəkilən şəxslərin ilk baxışdan tamah məqsədi ilə belə bir cinayətlərə əl atdıqları təəssüratı yaranır.
Ancaq "AbzasMedia"ya donorluq edən təşkilatların siyahısı və onların Qərb xüsusi xidmət orqanları ilə əlaqələri, "AbzasMedia"nı idarə edən və layihələr hazırlayan şəxslərin keçmişləri məhz Qərb xüsusi xidmət orqanlarına bağh ictimai təşkilatlarda, mediada fəaliyyət göstərmələri, layihələrin həyata keçirilmə vaxtı, maliyyə ayrılan layihələr vasitəsilə toplanan informasiyaların məzmunu və sonra da bu informasiyaların "OCCRP"nin materiallarında və Qərb mediasında Azərbaycan dövlətinə qarşı təzyiq üçün istifadə olunması daha geniş məqsədlərə aydınlıq gətirir.
Bu ilin aprelin 9-da ADA-da keçirilən "Yeni dünya nizamına doğru" beynəlxalq forumdakı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəyyən Qərb təsisatlarının, donorların bu məqsədini daha dəqiq ifadə etmişdi - ictimai rəyi hökumətin əleyhinə və müxalifətin xeyrinə dəyişməklə ölkədə sabitliyi pozmaq, cəmiyyətdə inqilabi əhval-ruhiyyə formalaşdırmaq və sonda da hakimiyyətə "kukla rəhbər" gətirmək!
"AbzasMedia"ya ən çox pul ayıran hansı təşkilatlar olub?
Hər şeydən əvvəl, o fakta da mütləq diqqət yetirmək gərəkdir ki, "AbzasMedia"ya davamlı şəkildə və ölkə qanunvericliyini pozmaqla qrant ayıran, necə deyərlər, bu şəbəkəni pulsuz qoymayan donorların hamısı təqdim olunan konkret "layihələr üzrə Azərbaycanda qrant vermək hüququ əldə etməyən, əksinə, tutduqları ermənipərəst mövqeyə görə dəfələrlə Azərbaycan dövləti ilə ciddi problemlər yaşamış təşkilatlardır.
Daha konkret desək, "AbzasMedia" məhz bilərəkdən Azərbaycan dövləti ilə konfliktli, düşmən münasibətlərdə olan cinahda yer almış xarici donor təşkilatlardan KİV, media və QHT haqqında qanunvericliyin tələblərini də açıq şəkildə pozmaqla maliyyə dəstəyi almağa daha çox can atıb və onlar da çox həvəslə bu pulu ayırıb, üstəlik, necə xərclənməsinə də bilərəkdən -sonrakı əsas tapşırıqlara həvəsləndirmək və daha geniş şəbəkə formalaşdırmaq məqsədilə göz yumublar.
Gəlin, əvvəlcə, siyahıdakı təşkilatlara, ayrılan məbləğlərin həcminə və "layihələrin həyata keçirildiyi tarixlərə baxaq:
1. "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" - (Prague Civil Society Centre) - 01 sentyabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 33 532,80 manat təşkil edən 16 000 avro;
2. "Freedom House" təşkilatı- 01 dekabr 2021-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 4 250 manat təşkil edən 2 500 ABŞ dolları;
3. "People in Need" (PIN) təşkilatı- 01 dekabr 2021-ci il tarixdən 31 may 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 19 min 427,98 manat təşkil edən 9 960 avro;
4. "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" -(Prague Civil Society Centre) 01 avqust 2021-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 60 min 576,80 manat təşkil edən 29 990 avro,
5. "Avropa Demokratiyaya Yardım Fondu" - (European Endowment for Democracy -EED)-01 aprel 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 56 430 manat təşkil edən 30 000 avro;
6. Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya Fondu - (National Endowment for Democracy NED) - 2021-ci ilin iyul ayından 2023-cü ilin fevral ayınadək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 76 500 manat təşkil edən 45 000 ABŞ dolları;
7. Amerika Birləşmiş Ştatlarının "Internews" təşkilatı - 01 iyun 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 6 800 manat təşkil edən 4 000 ABŞ dolları və eyni təşkilatla 01 noyabr 2022-ci il tarixdən 01 iyul 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 13 600 manat təşkil edən 8 000 ABŞ dolları;
8. "Freedom Now" təşkilatı - 01 avqust 2022-ci il tarixdən 01 may 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 8 500 manat təşkil edən 5 000 ABŞ dolları;
9. "Norveç Helsinki Komitəsi" (Norwegian Helsinki Committee)-01 oktyabr 2022-ci il tarixdən 01 mart 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 8 430,75 manat təşkil edən 4 500 avro;
10. "People in Need" (PIN) təşkilatı - 01 aprel 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 15 302,40 manat təşkil edən 8 000 avro;
11. "Niderland Helsinki Komitəsi" (Netherlands Helsinki Committee) 01 avqust 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 9 346 manat təşkil edən 5 000 avro;
12. Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya Fondu - (National Endowment for Democracy - NED)-01 fevral 2023-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 85 000 manat təşkil edən 50 000 ABŞ dolları;
13. "Avropa İttifaqı Müstəqil Media Namina" - (EU4 Independent Media) araşdırma jurnalistikasına dəstək proqramının icrasını həyata keçirən "DT Global" təşkilatı 24 avqust 2023-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 91 505,73 manat təşkil edən 49 300 avro;
14. "Avropa Demokratiyaya Yardım Fondu" - (European Endowment for Democracy -EED)-01 avqust 2023-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 56 076 manat təşkil edən 30 000 avro.
Təkcə bu siyahıdan aydın görünür ki, Azərbaycanın Avropa İttifaqı və ABŞ-la diplomatik müstəvidə münasibətlərinin gərginləşdiyi dönəmlərdə "AbzasMedia"ya ölkə qanunvericiliyinin tələblərinə zidd şəkildə ayrılan qrantların həcmində də xeyli artım olub və ictimai rəyi hökumət əleyhinə yönləndirməyə çalışan kiçik bir "qurum" bəlli bir müddət ərzində Qərb institutlarının maraq və mənafeləri ilə tam şəkildə üst-üstə düşən bir neçə iri layihəni yerinə yetirməyi öz üzərinə götürüb: həssas təbəqələrin müharibədən çıxmış insanların, şəhid və qazi ailələrinin sosial problemlərinin, müharibə iştirakçılarını hökumətdən narazı salan səbəblərin, açılmamış cinayətlərin, icra edilməmiş məhkəmə qərarlarının, ekoloji problemlərin, regionlarda işsizliyin araşdırılması, videoformatlarda hazırlanması və mediada kütləvi yayımının təşkili, eləcə də müxtəlif təlimlər adı altında bu araşdırmaları aparacaq "araşdırmaçı-jurnalist" şəbəkəsinin hazırlanması...
Bir daha xatırladaq ki, adları qeyd olunan təşkilatların "AbzasMedia"ya ayırdıqları 545 min 278,46 manatın 459 min 294,57 manatını əvvəlcədən aralarında müəyyən etdikləri rol bölgüsü və sistemli hərəkət planına uyğun olaraq, Ülvi Həsənov, Sevinc Vaqifqızı (Abbasova), Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Fərid Mehralızadə və qeyriləri 2020-2023-cü illər ərzində ayrı-ayrı vaxtlarda birlikdə və tək halda müxtəlif xarici ölkələrə etdikləri səfərlər zamanı mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə xaricdə nağdlaşdıraraq və birbaşa nağd şəkildə Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirməklə ölkə ərazisinə gətiriblər. Ümumi məbləğin 3 516,31 manatını xarici səfərlər zamanı müxtəlif malların alınmasına xərcləyən dəstə üzvləri 82 467,58 manat məbləği isə məhz Azərbaycandakı bankların bankomatlarından çıxarmaq yolu ilə nağdlaşdırıb, aralarında bölüşdürüblər.