Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yağışla əlaqədar bəzi yerləri su basıb - VİDEO

1 479
Paylaş:
Yağışla əlaqədar bəzi yerləri su basıb -     VİDEO

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Paylaş:

Ən son xəbərlər