Külli miqdarda rüşvət almada təqsirləndirilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.
Qeyd edək ki, keçmiş hakim Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.