Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Agentlikdən Pravda.az-a verilən xəbərə görə, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.