Aparıcı Zaur Nəbioğludan meyxanaçı Aqşin Fateh arasında gərgin anlar yaşanıb.
Buna səbəb söz ustasının Tolikin efirində səsləndirdiyi sərt sözlər olub.
Aqşinin "Zaur Kamal və Zaur Nəbioğlunun efirinə birdə övladlarını çıxarmayacağam. Onlar sərhəddi aşıb, ailənin içinə müdaxilə edirlər. Uşağa uşaq sualı verərlər. Bu, kişiyə yaraşan suallar deyil! Xətirlərini çox istəyirəm, amma kimsə şəxsi sual verərsə, ona ağır sözlər deyəcəyəm. Sənətimdən, mahnılarımdan danışın" fikirləri Zaur Nəbioğlunun boğazından keçməyib.