İş adamı Rəşid Qoşnalı oğlu Süleymanovla "Şərur" MTK arasındakı məhkəmə prosesi yekunlaşıb. Pravda.az Modern.az-a istinadla xəbər verir ki, iddiaçı cavabdehə investisiya olaraq hissə-hissə ümumilikdə bir milyon ABŞ dolları məbləğində pul verib. Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli olsa da, buna əməl etməyib. Sonuncu dəfə 2023-cü il noyabrın 4-də cavabdehə onun satış üzrə meneceri vasitəsilə bir milyon ABŞ dollarından 246 000 ABŞ dolları hissəsini verib. Həmin pulları o, Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (metronun "Azadlıq" stansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəyib. Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb.
Sonuncu dəfə 2022-ci il aprel ayında iddiaçıya 25 000 ABŞ dolları qaytarılıb. İddiaçının cavabdehə ödəmiş olduğu 467 000 ABŞ dolları məbləğində pul isə geri qaytarılmayıb.