Minlərlə xarici vətəndaşın qatıldığı siyahıda onun elmi araşdırması ilk yerə çıxanlar arasında oldu. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət seçimlərdə yalnız 12 nəfərə təqdim olunan nüfuzlu "Minerva" mükafatına layiq görülən ilk azərbaycanlı Aysel Əlizadədən gedir.
O bu mükafata təhsilə, elmi tədqiqatlara və araşdırmalara göstərdiyi yüksək təşəbbüskarlıq sayəsində nail olub. Aysel İtaliyada xarici doktorantların qatıldığı və seçilmiş 12 gənc alimdən biridir.
Aysel Əlizadə 2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən mübadilə proqramı çərcivəsində Polşada ilk magistratura təhsilinə başlayıb. Daha sonra isə 2-ci magistratura təhsilini İspaniyada davam etdirib. 2021-ci ildən isə İtaliyanın ən qədim universitetlərindən birində elmi araşdırmalara başlayıb.