BURADA REKLAMINIZ OLA
BİLƏR

Sel Qaradağ rayonunda körpünü və alternativ yolu dağıdıb - VİDEO

Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpü uçub, alternativ yolu isə sel yuyub aparıb.

 

Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, ərazidən istifadə edən tibb işçiləri də çaydan keçmək məcburiyyətində qalıblar.

 

Əlacsız qalan sakinlər də çətinliklə yolu keçməyə çalışırlar.

 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli bildirib ki, alternativ yolu yenidən bərpa etməyə çalışırlar.

 

Körpünün əsaslı şəkildə yenidən qurulmasına gəldikdə isə, bildirilib ki, bununla bağlı yaxın vaxtlarda qərar verilməsi gözlənilir.

 

Tarix: 9 May 2025, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin