Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.
Pravda.az xəbər verir ki, tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, onun xatirəsi dərin ehtiramla yad edilib. Ardınca Ümummilli lider Heydər Əliyev adına istirahət parkında yerləşən amfiteatr səhnəsində tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva, Zahid Oruc, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələr, şəhid ailələri və qazilər və digərləri iştirak ediblər.
Keçirilən tədbirin rəsmi hissəsinin açılışında Azərbaycanın Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva və Zahid Oruc, həmçinin Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, eləcə də gənclərin milli ruhda tərbiyə olunmasında misilsiz xidmətlərindən bəhs etmişlər.