“Tarixin bir günü” verilişinin aparıcısı Tarix Əliyev (Tolik) canlı yayımda səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Space kanalında yayımlanan veriliş zamanı Tolik studiyadakı işıqlandırmanın zəif olmasından narazı qalıb və bu səbəblə texniki heyətə qarşı açıq etirazını bildirib.
Canlı yayımda əsəbiləşən aparıcı kanal rəhbərliyinə və əməkdaşlara müraciətlə belə deyib:
“Mən Tarix Əliyev Space kanalının rəsmi işçisiyəm. Mənim verilişim bu kanalda bir lokomotivdir. Kimsə burada məndən artıq ola bilməz. Bu, mənim mövqeyimdir. Mən Vado müəllim (Red – Space kanalının rəhbəri) başda olmaqla, Nəriman müəllimin verdiyi tapşırıqları icra edirəm. Heç kimin xüsusi malı deyil ki, işıqları yığışdırıb aparsınlar…”