Əbiş Zamanov İkinci Dünya müharibəsinin yaşayan azsaylı veteranlarındandır.
O, 1923-cü ildə Cəlilabadın Astanlı kəndində anadan olub. Veteran ağrılı-acılı günlərdən yadigar saxladığı təqvimi vərəqlədikcə sanki xatirələrini təzələyir.
"Bir şeyi heç vaxt unutmuram. Can verirdim, gördüm, başımın üstündə bir polis zabiti durub. Dedi ki, ölüm sözünü ağlından çıxar, qorxma, sən çox yaşayacaqsan. Onun ürək-dirək verməsi məni hələ də yaşadır", - deyə o söyləyib.