Tanınmış müğənni Nura Suri bu dəfə təhsil sektorunda yayılan səs yazısına görə qəzəblənib.
Müğənni bu dəfə rüşvət iddiaları ilə gündəmə gələn məktəb direktorunu müdafiə edib.
Belə ki, Nura Suri sosial şəbəkələrdə yayılan və Bakıdakı 207 nömrəli məktəbin direktoru Yaqut Müseyiblini rüşvət istəməkdə ittiham edən səs yazısına sərt reaksiya verib.
“Bu, birbaşa cinayətdir!” – deyə müğənni sosial media hesabında yazıb və bildirib ki, direktorun səsini gizli şəkildə yazmaq və yaymaq qanun pozuntusudur və bunun arxasında qərəzli niyyət dayanır:
"Birincisi, səs yazmaq və yaymaq qanun pozuntusudur. Bu məsələdə direktor polisə və məhkəməyə müraciət etməli, bu səsi yazıb yayan şəxsin qanunla cəzalandırılmasını tələb etməlidir.
İkinci məsələ, məktəbdə keçirilən son zəng tədbirindən söhbət getmir; əgər sona qədər dinləsəniz, bunu anlayacaqsınız. Məktəb direktoru cibindən ödəməlidir?
Oğlum bu il özəl məktəbi bitirir və bizim valideyn qrupumuz var. Bu il son zəng möhtəşəm bir məkanda keçiriləcək. Təşkilatçı da valideynlərdən biridir. Özümüz pul yığıb möhtəşəm bir gecə təşkil edirik. Məktəbin heç bir aidiyyatı yoxdur. Məktəb ayrıca, başqa bir gün və məktəbin həyətində öz son zəng tədbirini keçirəcək.
Valideynlərin və tələbələrin belə bir möhtəşəm tədbir keçirmək qərarı tamamilə öz seçimidir və buna məktəb direktoru qarışmır. Rəqs üçün xoreoqraf tutmuşuq və iki aydır məşqlər gedir. Foto, video, dekor, müğənnilər və sairə üçün də hazırlıqlarımız var.
Yəni demək istədiyim odur ki, fikirlərinizi bildirmədən əvvəl sona qədər dinləyin. Görəcəksiniz ki, direktor rüşvət istəmir. Bu situasiyanı ictimailəşdirmək isə qanun pozuntusudur, cinayətdir".
Xatırladaq ki, sosial şəbəkələrdə Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İdialara görə səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.
17 May 23:46
17 May 23:37
17 May 23:20
17 May 22:01
17 May 21:58
17 May 21:20
17 May 20:06
17 May 20:04
17 May 20:03
17 May 20:01
17 May 19:10
17 May 18:53
17 May 18:49
17 May 18:43
17 May 18:35
17 May 16:12
17 May 16:03
17 May 15:49
17 May 15:37
17 May 15:33
17 May 15:12
17 May 14:19
17 May 14:13
17 May 13:55
17 May 13:47
17 May 13:45
17 May 13:31
17 May 13:03
17 May 12:59
17 May 12:53
17 May 12:30
17 May 12:27
17 May 11:19
17 May 11:18
17 May 11:16
17 May 10:57
17 May 10:45
17 May 10:03
17 May 09:14
17 May 09:13
17 May 09:11
17 May 08:21
17 May 00:04
16 May 23:45
16 May 23:24
16 May 22:58
16 May 22:54
16 May 22:51
16 May 22:41
16 May 22:34
16 May 22:20
16 May 21:30
16 May 21:19
16 May 21:02
16 May 19:52
16 May 19:47
16 May 19:21
16 May 19:11
16 May 19:10
16 May 19:06
16 May 18:31
16 May 18:19
16 May 18:04
16 May 17:40
16 May 17:18
16 May 17:12
16 May 17:00
16 May 16:51
16 May 16:45
16 May 16:42
16 May 16:40
16 May 16:32
16 May 16:27
16 May 16:14
16 May 15:46
16 May 15:27
16 May 15:11
16 May 15:09
16 May 15:03
16 May 15:02
16 May 15:02
16 May 15:00
16 May 14:58
16 May 14:57
16 May 14:55
16 May 14:52
16 May 14:51
16 May 14:49
16 May 14:40
16 May 14:33
16 May 14:31
16 May 14:30
16 May 14:06
16 May 13:58
16 May 13:41
16 May 13:35
16 May 13:33
16 May 13:32
16 May 13:22
16 May 13:20
16 May 13:18
16 May 13:16
16 May 13:14
16 May 13:10
16 May 12:53
16 May 12:43
16 May 12:39
16 May 12:37
16 May 12:35
16 May 12:25
16 May 12:22
16 May 12:21
16 May 12:14
16 May 12:09
16 May 11:56
16 May 11:39
16 May 11:36
16 May 11:10
16 May 10:58
16 May 10:55
16 May 10:53
16 May 10:45
16 May 10:44
16 May 10:32
16 May 10:11
16 May 09:57
16 May 09:48
16 May 09:45
16 May 09:42
16 May 09:39
16 May 09:38
16 May 09:37
16 May 09:37
16 May 09:34
16 May 09:20
16 May 09:12
16 May 09:09
16 May 09:06
16 May 08:49
16 May 08:20
16 May 08:15
16 May 08:10
16 May 08:05
16 May 06:47
16 May 06:44
16 May 06:08
16 May 06:05
16 May 05:57
16 May 01:37
15 May 21:33
Ən son xəbərləri səhifəmizdən də izləyin