Ötən gün Sumqayıtda, "Qurd dərəsi" adlanan ərazidə öz evini yandırdığını iddia edən Zakir Qasımovun nəvəsinin toyu olacaq.
Məsələni dəqiqləşdirmək üçün Zakir Qasımovun qardaşı Vahid Qasımovla əlaqə yaradılıb. O, Oxu.Az-a açıqlamasında faktı təsdiqlədi. "Bəli, doğrudur. Qardaşımın nəvəsi Mənsurun toyu olacaq. 24 yaşında oğlandır, Rusiyada işləyirdi. Bu gün qız toyudur, gələn ay oğlan toyu olacaq. Qızgil Qobustandan, Ələt tərəfdəndirlər. Oğlan toyu Sumqayıtda olmalıdır. Bu hadisə necə oldu, bilmədik".