Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda karantin rejimini pozan kafe aşkar edildi, cəzalandırıldılar - FOTO

1 584
Paylaş:
Bakıda karantin rejimini pozan kafe aşkar edildi, cəzalandırıldılar -     FOTO

Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və  müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar.

Paylaş:

Ən son xəbərlər