Asqıdan gələn kənar səslər və ya yanacaq sərfiyyatının artması - bunlar avtomobilin yaxın zamanda sına biləcəyinin qaçılmaz əlamətləridir. Pravda.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, avtomobildə bəzi dəyişikliklər nasazlığın yaxınlaşdığını göstərə bilər. O, bəzi əlamətlərə diqqət yetirməyi tövsiyə edir:
1. Yad səslər - Tormoz zamanı gələn cırıltı səsləri tormoz disklərində problem olduğunu göstərə bilər. Kapot altından gələn fit səsi isə ötürücü kəmərin nasazlığından xəbər verir. Mühərrikdəki döyüntü isə piston qrupunun aşınmasına işarə edə bilər.
2. Yanacaq sərfiyyatının artması - Əgər maşın əvvəlkindən çox yanacaq sərf edirsə, bu, yanacaq püskürtmə sistemində və ya oksigen sensorunda nasazlıq ola biləcəyini göstərir. Həmçinin alışdırma şamlarının köhnəlməsi də buna səbəb olur.