"Necə ki, zamanında Anarın üstünə gəlib, təhqirlər yazmağa başladılar, indi də övladım Tamerlana keçiblər”. Pravda.az Azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika Cəbiyeva deyib.
"Space TV”də "Tarixin bir günü” verilişində qonaq olan xanım, oğluna olan təzyiqlərdən danışıb:
"İllər öncə Anara olunan haqsızlıqlara bu gün oğlum məruz qalır. Tamerlan öz sosial media hesabında ifa etdiyi repləri paylaşır. Professional deyil, həvəskar şəkildə bu işlə məşğuldur. Düşünmüşdüm ki, illər keçib, artıq hər şey unudulub. Amma yox, indi eyni şeyləri Tamerlan yaşamağa başlayıb”.