33 yaşlı birjaçı Nizami Alışan tərəfindən 200 min dollarının ələ keçirildiyini deyən iş adamı Yadigar İsrafilov hələ də məhkəməyə gəlmir
Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas da həmin səbəbdən təxirə salınıb.
Şikayət edən şəxsin məhkəməyə gəlməməsi hakimləri də təəccübləndirir. Bundan əvvəl İsrafilovun polis vasitəsilə məcburi məhkəməyə gətirilməsi qərarı qəbul edilib. Lakin yenə də nəticə yoxdur.
Bu gün prosesə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişə yenidən xəbərdarlıq göndərib, məhkəmədə iştirakının vacib olduğunu bəyan edib.
Nizami Alışanın vəkili Samir İsayev isə zərərçəkmişdən əlavə, “İnvestAz” şirkətinin rəhbərlərindən biri-Ceyhun Abdullayevi məhkəməyə çağırır.