Paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən çoxmərtəbəli binanın üzlük daşları qopub tökülür. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, 2008-ci ildə ''Konsul'' MTK tərəfindən tikilərək sakinlərin istifadəsinə verilmiş 14 mərtəbəli binanın fasadında problemlər yaranıb.
Sözügedən binanın yaxınlığında yaşayan İlahə Məcidovanın iddiasına görə, bu hal bir neçə dəfə təkrar olunub ki, bu da ərazidən keçənlər üçün ciddi təhlükə yaradır.
Sakinlər bildiriblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı tikinti şirkətinə də məlumat veriblər.