Yaz və yay aylarında evlərdə qarışqaların artması tez-tez müşahidə olunur. Lakin onların qoxuya qarşı həssaslığını nəzərə alaraq, bəzi ətirli bitkilərdən istifadə etməklə bu narahatlıqdan asanca qurtulmaq mümkündür.
Oxu.Az "The Mirror" nəşrinə istinadla qarışqaları uzaq tutan ən ekoloji və effektiv üsulları təqdim edir.
Reyhan

Bu bitki evgenol və linalool kimi güclü efir yağları vasitəsilə qarışqaları uzaqlaşdırır. Reyhanı bağçada yetişdirmək və ya otaqda saxlamaq mümkündür - hər iki üsul eyni dərəcədə effektivdir.
Otaq şəraitində istifadə üçün qarışqaların tez göründüyü künclərə təzə və ya qurudulmuş reyhan yarpaqları qoymaq tövsiyə olunur. Effekti artırmaq üçün püskürdücü şüşəyə su və bir neçə damcı reyhan efir yağı əlavə edin, pambıq toplarını bu məhlulla isladın və həşəratların çox olduğu yerlərə yerləşdirin.

