Ölkəyə dəyəri 100 min manatdan artıq olan qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən "Duty free"nin satıcıları Səbinə Əliyeva, Kəmalə Məmmədova və Səbinə Nəsibovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək hər 3 təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmalarını təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Kəmalə Məmmədova, Səbinə Əliyeva və Səbinə Nəsibova 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzaları Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab olunub və hər birinə 2 il sınaq müddəti seçilib.