Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Etibar Pirverdiyevin qaynı yığıncaq keçirəcək

1 653
Paylaş:
Etibar Pirverdiyevin qaynı yığıncaq keçirəcək

İyunun 27-də, saat 10:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.


Pravda.az “PostMedia”ya istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 2 ünvanında olacaq.


Yığıncağın gündəliyinə şirkətin illik hesabatlarının dinlənilməsi və təsdiq edilməsi, nizamnamədə dəyişiklik edilməsi və digər məsələlər daxildir.


Xatırladaq ki, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 761 min manatdır. "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nin səhmlərinin 98,5%-i Xammədov Hikmət Hacəmməd oğluna məxsusdur. “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin qaynı olan Hikmət Xammədov eyni zamanda 2022-ci ilə qədər "Expressbank"da 25 %-lik paya sahib olub.

Paylaş:

Ən son xəbərlər