Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa yoluxub.
Məcnun Məmmədov koronavirusa yoluxub
Pravda.az-ın ”PostMedia”ya istinadən məlumatına görə, bu səbəbədən nazir bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərinin açılış mərasimində iştirak etməyib.
Xatırladaq ki, bu gündən Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri fəaliyyətə başlayıb.