Ağdam rayonunun Quzanlı qəsəbə sakini məhkəmə tərəfindən cərimə edilib.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, 46 yaşlı Xaliq İsmayılov Ağdam Mexaniki Suvarma İdarəsinin vəzifəli şəxsləri barədə dövlət qurumlarına şikayətlər ünvanlayıb.
Xaliq İsmayılov məktublarında İdarənin avtonəqliyyat şöbəsinin rəisi Elşən Orucovu təhqir edərək ona “donuz” deyə müraciət edib.
Bu şikayət məktubu aidiyyəti üzrə İdarəyə də göndərilib. Həmin məktb kollektiv qarşısında oxunub. Elşən Orucov şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıldığını deyərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və X.İsmayılovun cəzalandırılmasını istəyib.