Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.
Leyla Muradzadə bu vəzifəyə təyin olundu
Bu barədə Pravda.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə bu vəzifəyə təyin edilib.