Zaman-zaman istər videoları, istərsə də açıqlamaları ilə müzakirələrə səbəb olan tanınmış aktrisa Pərvin Abıyeva şəxsi həyatı haqqında sualları cavablandırıb. Bir müddət öncə eşq həyatı ilə gündəmə gələn məşhur bu barədə rəsmi İnstaqram səhifəsində canlı yayımda danışıb.
Pravda.az-ın xəbərinə görə, aktrisa həyatında yeni birinin olduğunu vurğulayıb. O işdən qovulan polis sevgilisi haqqında da bunları söyləyib: “Mənlə sevgili olan oğlanlar hamısı yox, biri işdən qovulub, o da öz səhvi ucbatındandır. Mən nə ad günündəki tortu sifariş vermişdim, nə də videoları paylaşıb, saytlara göndərmişdim. İnsan əvvəlcədən düşünüb, bilməlidir ki, kiminlə bir yerdədir. Məşhurla sevgilisənsə və tanınmağını istərmisənsə, rahat davranmamalısan . Ya da arxasında durmalısan, hər şeyi qızın üstünə atmaq lazım deyil. Bu cür axmaq-axmaq söhbətlərə son verin. Susuramsa, abrımdandır, hamının sualına cavab vermirəm. Həmin söhbət uzun müddətdir, davam edir. Çox mənasız,məntiqsiz yerə gedir. Yadınızda saxlayın münasibətin təməlini kişi qurur və necə qoyuldusa elə də davam edir”.