BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədovdan səhhəti ilə bağlı AÇIQLAMA

Milli Məclisin deputat Vahid Əhmədov Türkiyədə müalicəsini davam etdirir.

Pravda.az xəbər verir ki, bu barədə deputat çıqlamasında deyib.

Milli Məclisin üzvü müalicəsinin uğurla davam etdiyini söyləyərək əlavə edib ki, həkimlərin məsləhətinə əsasən, daha on gün müalicə olunacaq.

V.Əhmədov pandemiya dövründə hər kəsi sağlamlığını qorumağa çağırıb.

Qeyd edək ki, millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Ötən ayın sonlarında ürəyində problemlər yaranan V.Əhmədov özəl təyyarə ilə Türkiyəyə getmişdi və həkim nəzarəti altına alınmışdı.Musavat.com

Tarix: 7 İyul 2020, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin