“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Daha sonra təqsirləndirilən şəxs ifadə verib: “Mən narkoman deyiləm. Mənə böhtan atıblar. Aparıb qanımı yoxladırlar, qanım təmiz çıxdı. Kasıbam, bu yaşıma kimi təmiz yaşamışam. Atam da riyaziyyatçı olub… Evimə qayıtmaq istəyirəm”.
Təqsirləndirilən şəxsin vəkil müvəkkili barəsində olan həbs qətimkan tədbirin ev dustaqlığı ilə əvəzləməsi ilə bağlı vəsatət verib.
Məhkəmə vəsati təmin etməyib.