BURADA REKLAMINIZ OLA
BİLƏR

"Vətəndaş əlini yumursa bunun da günahı dövlətdədir"

"Nə vaxta qədər ki, dövlət (hakimiyyət) özünün yaratdığı problemlərin günahını vətəndaşda görəcək heç bir islhatdan, irəliləyişdən, nələrinsə müsbətə doğru dəyişəcəyindən danışmaq yersizdir. Bu gün vətəndaş maska taxmırsa, sosial məsafə gözləmirsə, hətta əlini yumursa bunun da günahı dövlətdə, onun apardığı siyasətin səhv olmasındadır".


Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Adil İsmayılov deyib.


"Dövlət bütün siyasətini necə edim ki, vətəndaşa yaxşı olsun, vətəndaş razı qalsın prinsipi ilə qurmalıdır ki, bu cür kritik məqamlarda vətəndaş onun yanında olsun və dediklərinə sözsüz əməl etsin. Bir sözlə, yaxşı vaxtlarında dövlət vətəndaşının yanında olacaq ki, çətin vaxtlarında vətəndaş da ona dəstək olsun" - A.İsmayılov qeyd edib.

Tarix: 7 İyul 2020, 23:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin