Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Zamanlı İsmayıl Rafail oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub.