Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Pravda.az xəbər verir ki tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 34 yaşlı Azər Şirvanzadə Xətai RPİ-də barəsində başlanan cinayət işi üzrə məsuliyyətə cəlb edilib.