İsti hava pik nöqtəsinə çatanda avtomobilin salonunun temperaturunu tez aşağı salmaq üçün bir neçə üsul bilmək vacibdir.
Oxu.Az-ın verdiyi məlumata görə, pravda.ru avtomobil ekspertlərinə istinadla bunun üçün beş sınaqdan keçmiş üsul təqdim edib.
Təbii havalandırma
Avtomobiliniz uzun müddət günəş altında qaldıqda, ən yaxşı üsul ona "sərinləmək" imkanı verməkdir. İsti havanın çıxması və yerinə sərin havanın gəlməsi üçün bütün pəncərə və qapıları açın. Bu, vəziyyəti yüngülləşdirməyin ən sürətli yoludur.
İstilik ventilyatorundan istifadə edin, lakin ön şüşəyə yönəltməyin

İstilik ventilyatoru salonun daha tez soyumasına kömək edəcək, lakin hava axınını ön şüşəyə yönəltməmək vacibdir. Temperaturun kəskin dəyişməsi onun zədələnməsinə səbəb ola bilər. Əvvəlcə avtomobilin havalanmasına imkan verin, sonra kondisioneri işə salın.
