Aqil Quliyev AzTV-nin kadrlar və xüsusi işlər Departamentinin rəhbəri təyin olunub.
Bu barədə məlumat daxil olub.
Əldə etdiyimiz məlumata görə, Aqil Quliyev Bakı şəhəri Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin məzunudur. O, əvvəllər Bakı Dövlət Universitetində və “Ədalət” qəzetində fəaliyyət göstərib, deputat köməkçisi olub.