Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu sektorunun müdiri Malikə hücum edən şəxslərlə bağlı məhkəmə qərarı elan edilib. Pravda.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü Mehrab və 1989-cu il təvəllüdlü Fuad barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq törətmə) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Hər iki şəxs Beyləqan rayonunun Qəhrəmanlı kənd sakini və II Qarabağ müharibəsinin iştirakçısıdır.
Mehrab müharibə zamanı kəllə-beyin travması, Fuad isə bədəninin müxtəlif nahiyələrindən beş güllə və otuz qəlpə yarası alıb. Onlar əlillik dərəcəsi almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiklərini, lakin bu müraciətin rədd edildiyini bildiriblər. Bu səbəbdən 2024-cü il dekabrın 23-də nazirliyə gedərək vətəndaşların qəbulu sektorunun müdiri Maliklə görüşüblər.
Qazilər əlillik dərəcəsinin verilməməsindən və prosesin ləngidilməsindən narazılıqlarını bildiriblər. Məmur isə onlara əlillik dərəcəsinin, qanunvericiliyə əsasən, düşmədiyini və bu statusun verilməsinin mümkün olmadığını deyib.