Maliyyə Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin aparatında və tabeli qurumlarında maliyyə yoxlamalarına başlayıb. Bu barədə məlumat Tribunainfo.az məlumat yayıb.
Məlumatda deyilir ki, yoxlamalar əsasən Yaşıllaşdırma Təsərrüfatı Birliyində həyata keçirilir. Daha doğrusu, əsas ciddi yoxlamalar bu qurumda reallaşır. Mənbənin sözlərinə görə, bu Yaşıllaşdlrma Təsərrüfatı Birliyində maliyyə pozuntularının daha çox olmasının göstəricisi hesab oluna bilər.