BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: “Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı ayırıb”

Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə  Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında deyib.

 

Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.

Tarix: 8 İyul 2020, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin