Bakıda xuliqanlıq hadisəsi qeydə alınıb.
Hadisə mayın 17-si axşam saatlarında baş verib.
Belə ki, avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən orta yaşlı şəxs qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb. Həmin şəxs ictimai nəqliyyatdan düşərək yoluna davam edib. Onun sərxoş olduğu deyilir.