Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sabirabadda 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə atıb - YENİLƏNDİ

529
Paylaş:
Sabirabadda 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə atıb -   YENİLƏNDİ

Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

16:12

Sabirabadda qətl hadisəsi baş verib.

Hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda Kür çayında meyitin axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir.

APA

Paylaş:

Ən son xəbərlər