Xəzər rayonunda 44 yaşlı qadını qaçıran şəxs tutulub.
Mayın 19-da Xəzər rayonu Şüvəlan qəsəbəsində bir qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 44 yaşlı qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.