Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəsmi nikahda yaşadığı Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb. “Qafqazinfo” Baku.TV-yə istinadən xəbər verir ki, Nuranənin atası İlkin Ələkbərov qızının işgəncə ilə öldürüldüyünü bildirib.
“Mənim balamı zülümlə öldürüb. Aldadıb aparıb öldürüb. 5 gün bundan qabaq mən onu evdən çıxarmışam. Demişəm ki, “get, bir də bura dönmə, nə vaxt atan, anan bura gələcək, söz verəcək...Nə vaxt ki, toydan əvvəl gəlib söz vermişdilər, sinəsinə döymüşdü ki, “bu gəlin mənimdir, mən baxacam öz balam kimi”. Baxmadı ki... Getdim balamı gətirdim”, - o qeyd edib.
Atası bildirib ki, qızının yaşı düşmədiyi üçün onların rəsmi nikahı olmayıb: