BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya düşdü, xeyli sayda yaralı var

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.

 

Pravda.az-ın xəbərinə görə, Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

 

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov "Report"a faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.

 

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən  briqadalrından birinin tibb işçiləri olub. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 8 İyul 2020, 16:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin