Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

Bu şəxslərə SMS göndəriləcək

1 636
Paylaş:
Bu şəxslərə SMS göndəriləcək

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdəndir.

İqtisadiyyat Nazirliyindən Pravda.az-a verilən məlumata görə, bu tələblərə riayət olunmasının vacibliyinin bir daha istehlakçıların diqqətinə çatdırılması məqsədilə Nazirlik tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb.

Belə ki, iyulun 5-dən etibarən “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.

Paylaş:

Ən son xəbərlər