Naxçıvanda 11 saylı çörək zavodunun 60 kvadratmetr torpaq sahəsi zəbt edilib. Həmin torpaq sahəsində yerləşən 47 kvadratmetr sahəsi olan bufet-çayxana sökülüb.
Zavod rəhbəri məhkəməyə müraciət edərək sökülən tikili üçün 100 min manat, sökülən gündən əldənçıxmış fayda kimi 80 min manat, mənəvi ziyana görə isə 50 min manat tələb edib.