“Kapital Bank”ın əməkdaşının avtomobilindən qatlanan bıçaq və bir ədəd patron çıxıb. Məhkəmə onun barəsində bəraət hökmü verib.
Füzulidə “Kapital Bank”ın əməkdaşı, kredit mütəxəsisi Amid Babayev qanunsuz olaraq odlu silah saxlamaq ittihamı ilə məsuliyyətə cəlb edilib.
Amid Babayev İmişli, Füzuli rayonları ərazisində səyyar fəaliyyət göstərərək kredit ayırmaq üçün müştəri axtarırmış. Füzuli rayonunda mebel mağazalarından birinə daxil olaraq orada çalışanlara kreditlə bağlı təkliflər edib. Həmin şəxslər Amid Babayevdən şübhələnərək onun dələduz olduğunu düşünüblər. Bu barədə polisə məlumat veriblər. Amid Babayev polisə aparılan zaman onun maşınında da axtarış edilib. Babayevin maşınından qatalanan bıçaq və bir ədəd patron çıxıb.