Sumqayıt şəhərində kanalizasiya sularının küçəyə axması nəticəsində avtomobil yolu keçilməz hala düşüb. Pis qoxu və çirkab sularla dolmuş yol ərazidə yaşayan ailələrin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Pravda.az "Xəzər Xəbər"ə istinadla bildirir ki, sakinlərin sözlərinə görə, bu vəziyyət artıq bir neçə aydır davam edir. Onların fikrincə, problemin əsas səbəbi kanalizasiya sisteminin köhnəlməsi və istismar müddətini başa vurmasıdır.