Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Anar Məmmədlinin müdafiəçisi Cavad Cavadov vəsatət verərək təqsirləndirilən şəxsin şüşə arxasında deyil, onların yanında əyləşməsini xahiş edib. Vəsatət təmin edilib.
Daha sonra A.Məmmədlinin ev dustaqlığına buraxılması və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırılıb.
Anar Abdullayevin müdafiəçisi də vəsatət verərək cinayət işinə xitam verilməsini xahiş edib.